1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Muğanbank” ASC “Mastercard” Beynəlxalq Kart Təşkilatı tərəfindən mükafatlandırılıb
11.12.2019

Baki, FinanceTime.  “Mastercard” Beynəlxalq Kart Təşkilatı 10.12.2019-cu il tarixində “JW Marriott Absheron Baku Hotel”-də hər il olduğu kimi, bu ildə “Mastercard Günü” adı altında ənənəvi mükafatlandırma mərasimi təşkil etmişdir. Belə ki, 2019-cu ilin nəticələrinə görə “Muğanbank” ASC “Debit Mastercard kartlarının sayını ən çox artıran 1-ci bank” nominasiyasında Mastercard Beynalxalq Kart təşkilatı  sistemi tərəfindən xüsusi sertifikat ilə təltif edilib.

“Muğanbank” ASC“ 2004-cü ildən “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir və “Maestro”, “MC Debit”, “MC Standard”, “MC Gold”, “MC Platinum” “MC Business”  və MC World Elite kartlarını müştərilərinə təqdim edir. Qeyd edək ki, 2018-ci ildən Muğanbank ASC Mastercard beynəlxalq sisteminin prinsipial üzvüdür. MasterCard kart sahibləri alış-veriş zamanı restoranlarda, əyləncə və istirahət məkanlarında eksklüziv imtiyazlar və avtomatik endirimlərdən yararlana bilərlər. Muğanbank Mastercard Debit PayPass (Contacless) təmassız kart məhsullarını da təqdim edir. Təmassız kartlar vaxt itkisinə yol vermədən qısa zamanda rahat və təhlükəsiz əməliyyatlar həyata keçirməyə imkan verir. 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment