1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Noyabr ayında Azərbaycana 13.3% çox xarici vətəndaş gəlib
11.12.2019

Baki, FinanceTime. Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 2018-ci ilin eyni ayı ilə  müqayisədə 13.3% artaraq 241 minə çatıb. 

Gələnlərin sayına görə 69 minlə Rusiya, 68 minlə Gürcüstan ən yüksək göstəricilərə malikdirlər. Qeyd edilməlidir ki, gələnlərin yarıdan çoxunu, yəni 56.7%-ni bu iki ölkənin vətəndaşları təşkil edib. Faiz göstəricilərinə görə ən yüksək artım tempi müvafiq olaraq 33.5%, 40.1% və 35.5% ilə İran, eləcə də Cənubi və Mərkəzi Asiya ölkələri üçün müşahidə olunur. 

Cənubi Asiya ölkələri arasında Hindistandan gələnlər arasında 76.3% göstərici ilə nəzərəçarpan artım qeydə alınıb. Türkiyə və Yaxın Şərqdən gələnlərin sayı isə 3.4 min və 2 min nəfər artaraq müvafiq olaraq 27 min və 17 min nəfər təşkil edib. 

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.1% və ya 292 min nəfər artıb. Bu artım da 2017-ci ildən 2018-ci ilə olan artımdan 6%, təqribən iki dəfə çoxdur. Xarici ölkələrdən gələnlərin üçdə birini Rusiya vətəndaşları təşkil edib. 

Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Rusiyadan gələnlərin sayı 49 min və ya 6% artaraq 866 min nəfər olub. Ən yüksək artım müvafiq olaraq 20.2%, 46.7% və 38% daha çox Gürcüstan, Mərkəzi və Cənubi Asiya ölkələrindən müşahidə edilib. 

Ümumilikdə isə dövr ərzində bu ölkələrdən 661 min, 120 min və 107 min nəfər ziyarətçi gəlib.  

Əvvəlki aylarda olduğu kimi Orta Asiya ölkələri arasında ən çox əcnəbi qonaq Türkmənistan (49 min; 91.9%-lə əhəmiyyətli artım) və Qazaxıstandan (43 min; 24.5% artım), Cənubi Asiya ölkələrindən isə Hindistan (59 min; 67.7%-lə əhəmiyyətli artım) və Pakistandan (42 min; 12.2% artım) gəlib. Türkiyə və İrandan gələn xarici qonaqların sayı müvafiq olaraq 8.3% və 3.7% artaraq 289 və 235 min nəfərə çatıb.  

Məlumatları daha ətraflı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün: http://bit.ly/34dLsBP

İnfoqrafikanı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün: http://bit.ly/2rBS6oh

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment