1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının cərrahı Amsterdamda keçirilən təlimdə iştirak edib
11.12.2019

Baki, FinanceTime. 5-6 dekabr 2019-cu il tarixlərində Hospitalımızın üz çənə cərrahı Ülviyyə Məmmədova Avropanın üz-çənə cərrahları Assosiasiyasının və SORG Akademiyasının birgə təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən “Çənə sınıqlarının yeni cərrahi metodlarla rekonstruksiyası” mövzusunda təlim kursunda iştirak edib.

Təlimin birinci günündə üz sinirlərinə zərər vermədən müasir metodlarla daha konservativ, az travmatik əməliyyat metodları haqqında ətraflı məlumat verilib, əməliyyatdan sonra baş verən ağırlaşmalar, fəsadlar barədə danışılıb və patoloji əməliyyatdan sonrakı ağırlaşmaların aradan qaldırılması yolları müzakirə edilib.

Seminarın ikinci günü iştirakçılar cərrahi əməliyyatlar üçün hazırlanmış meyitlər üzərində çənə sümüyünün fərqli sınıqlarından ibarət cərrahi əməliyyatları icra ediblər. Uşaqlarda və böyüklərdə üz-çənə əməliyyatlarının, əməliyyat sonrası baş verə bilən ağırlaşmalar, fəsadlar zamanı nələr etmək lazım olduğunu öyrəniblər. Təlim kursunun sonunda iştirakçılara 14 kredit balı verilib.

Təlimdə üz-çənə cərrahiyyəsi sahəsində standart üsullarla aparılan əməliyyatlarla yanaşı, daha müasir yanaşmalar müzakirə edilmiş, iştirakçılar daha az invaziv, daha az travmatik əməliyyat üsullarını öyrənmiş, üz-çənə əməliyyatlarını endoskopik üsullarla – geniş kəsiklər aparılmadan həyata keçirilməsi yollarına yiyələniblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment