Baki, FinanceTime. 10 dekabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105023755 ISIN-li, 10 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 99.4700 AZN (7.7913%) və 101.3071 AZN (6.7900%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9182 (7.0000%) orta ölçülmüş qiyməti 101.1216 (6.8900%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45,445,300.00 AZN yerləşdirilmiş həcmi isə 10,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 07.12.2021-ci il.
Hərrac iştirakçıları 11 dekabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.