1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Smart kassalar – müasir sahibkarların seçimi
10.12.2019

Baki, FinanceTime. Son zamanlar ölkəmizdə biznes mühitinin inkişaf etdirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara xüsusi diqqət ayrılır. Lakin rəqabət şəraitində digərlərini qabaqlamaq və rəqabət üstünlüyü qazanmaq üçün şirkətlər öz növbəsində, xidməti düzgün təşkil etməklə yanaşı çevik və yeniliklərə açıq olmalıdırlar. Trendlərə və dəyişikliklərə hər zaman hazır olan şirkətlərdən biri də, Flo ayaqqabı mağazalar şəbəkəsidir. Flo-nun Gənclik Mall-da yerləşən dükanının meneceri Cəlil Cəlilov xidmətin yaxşılaşdırılması sahəsində görülən son işlər və müştərilərə təklif olunan üstünlüklər barədə danışıb.

“Flo hər zaman müştərilərinin rahatlığını təmin etmək üçün hər zövqə uyğun məhsul çeşidlərini təqdim edir. Mağazalarımızda kişilər və qadınlar, eləcə də uşaqlar üçün hər yaş kateqoriyasına uyğun, klassik, gündəlik, ortopedik, ziyafət, idman və ev ayaqqabıları təqdim olunur. Zəngin çeşidləri ilə seçilən dükanlarımız dəb həvəskarlarına mövsümi kolleksiyalarını sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.

Müasir zamanda müştərilərinə keyfiyyətli xidmət göstərən şirkətlər onların rəğbətini qazanır və həmin şəxsləri təkrar müraciət etmələrinə sövq edir. Bunun üçün şəbəkəmizin şöbələri həmçinin avadanlıq və texniki təchizat baxımından da ən son trendlərlə ayaqlaşmalıdırlar. 

Son günlər ölkədə sahibkarlar üçün yeni smart kassa cihazları təqdim olundu. Yenilik haqqında məlumat əldə etdikdən sonra bu cihazları mağazamıza quraşdırmaq qərarına gəldik. Düşündük ki, smart kassalar həm personalın, həm də dükanımızın ziyarətçilərinin işini xeyli rahatlaşdıracaq. Bir neçə banklar tərəfindən təqdim olunan yeni nəsil kassalar haqqında araşdırmalar apardıq, nəticədə isə seçimimiz Kapital Bank-ın üzərində dayandı. Niyə məs Kapital Bank? Səbəb kimi bir çox amilləri sadalamaq mümkündür. Bu smart kassalar nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox sərfəlidir. Həmçinin qeyd edim ki, onlayn kassa cihazları bizə tamamilə ödənişsiz şəkildə təqdim olundu.

Smart kassalar son zamanlar populyar olan NFC tipli ötürücü ilə təmin olunub və mobil ödənişlər üçün də əlverişlidir. Yəni rahatlıqla kart istifadə etmədən mobil telefon vasitəsilə bütün ödənişlər icra oluna bilər. Bu da dükanımıza gələn müştərilər üçün çox əlverişlidir. Belə ödənişlər həmçinin nağdsız ödənişlərin artırılmasına müsbət təsir göstərir və biz Flo olaraq, daha az nağd pul dövriyyəsindən istifadə etmiş oluruq. Smart kassaların daha bir vacib üstünlüyü ondan ibarətdir ki, bu cihazlar vasitəsilə anbarda olan qalıq məhsullara nəzarət etmək mümkündür. Belə ki, mağazamıza daxil edilən yeni ayaqqabı modelləri, eləcə də inventarda olan çeşid haqqında operativ şəkildə ətraflı məlumat əldə edə bilirik.

Həmçinin qeyd etmək istərdim ki, Flo mağazalar şəbəkəsində ilin modasına damğasını vuran ayaqqabı modellərini BirKart vasitəsilə taksitlə də almaq olar. Belə ki, istədiyiniz məhsulun qiymətini 6 aya bölərək bərabər hissələrlə, heç bir əlavə faiz və komissiya ödəmədən eldə etmək mümkündür.

Ənənəvi terminallarla müqayisədə bir çox üstünlüklər verən smart kassaların quraşdırılmasında dəstək olan Kapital Bank-a təşəkkürümü bildirirəm. Doğru ayaqqabı axtarışında olan insanları isə yeni qış kolleksiyamızla tanış olmağa dəvət edirəm”, - deyə, Cəlil Cəlilov bildirib.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment