1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikada yüksəkixtisaslı travmatoloq-ortoped Müseyib Əhmədov
09.12.2019

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə peşəkarlığı, yanaşması ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış yüksəkixtisaslı travmatoloq-ortoped Müseyib Əhmədovu təqdim edirik.

Dr. MÜSEYİB ƏHMƏDOV Mərkəzi Gömrük Hospitalında ortopedik və travmatoloji müayinələrin müasir metodlarla aparılması, sınıqların cərrahi müalicəsi, bud-çanaq və diz oyaqlarının endoprotezləşdirilməsi əməliyyatları, artoskopik cərrahiyyə, estetik ortopedik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, idman travmaları, uşaq ortopedik cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yaşlı pəncəlik, uşaqlarda anadangəlmə anomaliyalar və deformasiyaların müalicəsini həyata keçirir. 

Qeyd edək ki, Dr. Müseyib Əhmədov 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda travmatologiya və ortopediya ixtisası üzrə internatura təhsili almış və 1997-1998-ci illərdə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda ordinatura keçmişdir.

Dr. Müseyib Əhmədov əmək fəaliyyətinə 1995-ci ildə Ukraynanın Mariupol şəhərində başlamış, 2000-2002 -ci illərdə Bakı şəhəri Travmagoloji və Ortopediya klinik xəstəxanasında işləmişdir.2002-2009-cu illərdə Səudiyyə Ərəbistanı Krallığının Buraydah şəhərində yerləşən Buraydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi çalışmışdır. Dr. Müseyib Əhmədov 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini  öz təcrübəsində tətbiq edir. O, həkimlik fəaliyyəti ilə bərabər, həmçinin, çoxsaylı mötəbər beynəlxalq və yerli konfrans, seminar və təkmilləşdirmə kurslarında iştirak edib. Bu sıradan olan 2014-cü ildə İtaliyanın Roma şəhərində “Oynaq və sümük cərrahiyyəsi”, 2016-cı ildə Avstriyanın  Zalsburq şəhərində Uşaq ortopediya və travmatologiyası”,  2017-ci ildə  Türkiyənin Antalya şəhərində XXVII  Beynəlxalq Türk Ortopedik və Travmatoloji konqresində,  2018-ci ildə İspaniyanın Barselona şəhərində Avropa  Ortoped-Travmatoloqlar Assosiasiyasının 19-cu konqresində iştirak edib. Dr. Müseyib Əhmədov Səudiyyə Ərəbistanı Tibb Assosiyasiyasının və Avropa “AO. Spine” Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/museyib-ahmedov/

Dr. Müseyib Əhmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment