1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
09.12.2019

Laboratoriya tədqiqatları müasir diaqnostikanın mühüm hissəsidir. Tibbdə qərarların demək olar ki, 80%-i xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər laboratoriya tədqiqatları əsasında qəbul edilir. 

Laborator xidmətinin inkişaf dərəcəsi klinikanın reytinq göstəricilərindən biri sayılır. Dünyanın sivil ölkələrinin ən yaxşı klinikaları geniş və yüksək dərəcəli laborator xidmətinə malikdirlər.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası ən müasir avadanlıqlara malik olmaqla yanaşı göstərdiyi xidmətin keyfiyyətinə görə ölkəmizdəki tibb müəssisələri arasında birincilər sırasındadır. Laboratoriyanın rəisi Sevinc Gülmalıyeva ilə söhbətimizdə tibbi diaqnostikada laboratoriya tədqiqatlarının rolu, laboratoriyada istifadə olunan müasir avadanlıqlar və göstərilən xidmətlər, xarici klinikalarla əməkdaşlıq və digər məsələlərdən danışdıq.

- Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Xahiş edirik, laboratoriyanın fəaliyyəti haqqında məlumat verəsiniz. 

- Fasiləsiz olaraq 7/24 saat rejimində müxtəlif sahələrdə xidmət göstərən laboratoriyamız müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoloji və bakterioloji tədqiqatların aparılması üçün bütün zəruri resurslara malikdir. Onu da deyim ki, hospitalımızda laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda peşəkar həkim laborantlar tərəfindən aparılır.

- Səhv etmirəmsə, bu yaxınlarda laboratoriyanız İSO keyfiyyət sertifikatına layiq görülüb.

- Doğru qeyd etdiniz. Laboratoriyamız 9 avqust 2019-cu il tarixində ISO 15189:2012  “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyalarının fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir. 

Laboratoriyanın ISO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində  yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və nəticədə pasiyentlərin məmnunluğuna zəmanət verir.  İSO sertifikatının mövcud olması həm də o deməkdir ki, bizim laboratoriyada verilən analizin nəticələri beynəlxalq standartlara uyğun olduğundan, xarici ölkələrin klinikaları tərəfindən də qəbul edilir. 

- Laboratoriyanızda istifadə etdiyiniz avadanlıqlar və reaktivlər müasir tələblərə cavab verirmi? Buna necə nail olursunuz?

- Laboratoriyamızda istifadə olunan bütün avadanlıqlar beynəlxalq standartlara tam uyğundur. Əsasən Avropa, ABŞ və Yaponiya istehsalı olan ən müasir avtomatlaşdırılmış avadanlıqlardan istifadə edirik. Laborator avadanlıqların tənzimlənməsi və texniki servisin normativ tələblərə uyğun aparılması vaxtı-vaxtında həyata keçirilir. Həm avadanlıqları, həm də kimyəvi reaktivləri seçəndə və istifadə edəndə ISO 15189:2012 standartlarının  tələblərinə uyğun hərəkət edirik. İSO-nun, eləcə də ABŞ-ın və Avropanın standartlarına uyğun olaraq yalnız keyfiyyətli avadanlıqlardan və reaktivlərdən istifadə edirik. Bütün avadanlıqlar və kimyəvi reaktivlərin seçimi və logistikası xüsusi qaydalara uyğun olaraq aparılır.  

- Laboratoriyanızda analizlərin nəticələrinin məxfiliyi necə təmin olunur?

- Laboratoriyamızda analizlərin nəticələrinin məxfiliyinin qorunmasına çox böyük önəm verilir və bunun üçün lazımi tədbirlər görülür. Nümunə qəbulu otağına pasiyentlər monitordan şəxsi kod nömrəsilə dəvət olunur. Xəstələrin analizlərinin bütün nümunələri barkodlaşdırılır. Pasiyentlər analizlərin nəticələrini Mərkəzi Gömrük Hospitalının qeydiyyat şöbəsindən çap olunmuş versiyada götürməklə yanaşı, həm də Hospitalın  internet səhifəsində yaradılmış şəxsi kabinetlərindən öz identifikasiya kodlarını daxil etməklə və Hospitalın Çağrı mərkəzinə zəng etməklə əldə edə bilirlər. 

- Xəstələr analizlərinin nəticələrini almaq üçün nə qədər gözləməli olurlar?

- Laboratoriyamızda ən müasir metodlardan istifadə etdiyimiz üçün pasiyentlər analizlərin nəticələrini növündən asılı olaraq hətta  bir neçə dəqiqə müddətində də əldə edə bilirlər. Həmçinin,  səyyar xidmət də göstəririk. Pasiyentin ünvanına gedərək  lazımi analizlər üçün nümunələri götürürük. Eyni zamanda bizdə elə xüsusi qablar var ki, material 72 saat ərzində orada xarab olmur. Daha analiz vermək üçün xəstənin Hospitala gəlməsinə ehtiyac qalmır.

- Laboratoriyanız xarici ölkələrin tibb ocaqlarının laboratoriyaları ilə əməkdaşlıq edirmi? Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə tədbirlər, təcrübə mübadiləsi həyata keçirirsinizmi?

- Laboratoriyamız xarici ölkə klinikalarının laboratoriyaları ilə əməkdaşlığa, əlaqələrin qurulmasına da böyük önəm verir. Əməkdaşlarımız mütəmadi olaraq xarici ölkələrdə təkmilləşdirmə kurslarında iştirak edir, təcrübə mübadiləsi aparırlar. Hospitalımızın Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq müqaviləsi əsasında həkimlərimiz qarşılıqlı təcrübə mübadilələrində, təkmilləşdirmə kurslarında və təlimlərdə iştirak edirik. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment