1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank beynəlxalq “Baku DevFest 2019” tədbirinə dəstək göstərib
09.12.2019

Baki, FinanceTime. Kapital Bank növbəti beynəlxalq İT Festivalın keçirilməsinə dəstək göstərib. “DepFest 2019” tədbiri Android, Web və buludsuz texnologiyalarına üstünlük verən, onlardan aktiv istifadə edən İT mütəxəssislər və tələbələr üçün hazırlanan bir texnologiya festivaldır. Məlumat üçün bildirək ki, ənənəvi tədbir dünyanın bir çox ölkələrində keçirilir.

“DevFest 2019”da dünyanın bir çox ölkəsindən gələn, bu sahədə öz sözünü demiş mütəxəssislər İT sahəsindəki son trendlər, texnologiyalar və bir-birindən maraqlı mövzular haqqında çıxışlar ediblər. Eyni zamanda, bu mövzular haqqında maraqlı vorkşoplar tədbir boyu nümayiş olunub. “Baku DevFest 2019”un qonaqları arasında Amazon, SnapEngage, RPG TeC, AİLab, Zalando kimi şirkət və startup-ların qurucu və İT mütəxəssisləri yer alıb.

“Bildiyiniz kimi Kapital Bank hazırda informasiya texnologiyaları sahəsinə böyük diqqət ayıraraq, rəqəmsallaşmaya önəm verir. Ötən həftə IBM şirkəti ilə birgə möhtəşəm “DevDay in Baku’19” tədbirini keçirdik. Bu gün isə Google ilə birgə “Baku DevFest 2019”u təşkil etdik. Hər iki tədbirdə dünyanın tanınmış mütəxəssisləri tərəfindən çıxışlar oldu. Əminəm ki, bu kimi tədbirlər ölkənin informasiya texnologiyaları sahəsinə, həmçinin sürətlə inkişaf edən rəqəmsal bankçılığa öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İnformasiya sistemlərinin inkişafı departamentinin direktoru Fərid Səmədov bildirib.

Qeyd edək ki, Kapital Bank-da təcrübə proqramı artıq ənənəvi olaraq hər il keçirilir. Hazırda Kapital Bank-da İT sahəsi üzrə təcrübə keçmək mümkündür. Maraqlanan gənclər CV-lərini mövzu hissəsində “İT Təcrübə” yazmaqla  recruitment@kapitalbank.az ünvanına göndərə bilərlər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment