1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
06.12.2019

Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimedilmə mərasimi baş tutub. 

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə  daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib. 

“Azərbaycanda ilk dəfə olaraq verilən bu akkreditasiya attestatı ölkədə fəaliyyət göstərən mehmanxanaların ulduz kateqoriyalarının dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək” - deyə Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru Namiq Əliyev qeyd edib.

Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları Milli Ulduz Təsnifat Sistemi əsasında müəyyənləşdiriləcək. 

Milli Ulduz Təsnifat Sistemi hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”-un təsnifat meyarları əsasında hazırlanıb.  

Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur. 

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un  və Avropa Hotellər, Restoranlar və  Kafelər Assosiasiyasının (“HOTREC”)  müşahidəçi üzvüdür. 

Baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi  2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2017-ci ilin noyabr ayında Avropa Akkreditasiya Təşkilatının və 2018-ci ilin mart ayından Laboratoriyaların Akkreditasiyası təşkilatının assosiativ üzvlüyünə qəbul edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment