1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank müştərisi restrukturizasiyadan sonra ayda cəmi 43 qəpik kredit ödəyəcək
06.12.2019

Unibank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanına uyğun olaraq, restrukturizasiya prosesini davam etdirir. İndiyədək bankda restrukturizasiya olunan kreditlərin həcmi 30 milyon manata çatıb. 

Nizami Əkbərov Prezident fərmanından faydalanan Unibank müştərilərindən biridir. Restrukturizasiya müqaviləsi imzaladığı anda onun 524 manatlıq cərimə məbləği silinib. Müqavilədən sonra müştərinin aylıq kredit ödənişi 4 dəfəyədək azalıb. İlk bir il ərzində isə Unibank müştərisi banka ayda cəmi 43 qəpik kredit ödənişi edəcək. 

Restrukturizasiya prosesi başlayandan, minlərlə Unibank müştərisi aylıq ödənişlərini dəfələrlə azaldan, cərimə məbləğinin anında silinməsinə imkan yaradan restrukturizasiya müqaviləsinə imza atıb. 

Restrukturizasiya prosesi müştəriyə aşağıdakı üstünlükləri verir:

- Restrukturizasiyaya qədər müştəriyə hesablanmış bütün cərimə məbləği silinir;

- Aylıq ödənişi 3-4 dəfəyədək azalır;

- İlk il yalnız faiz məbləği ödəndiyindən, müştərinin ödənişi çox cüzi məbləğ təşkil edir;

- Müqavilədən sonra müştərininin yenidən müsbət kredit tarixçəsi formalaşır. 

 

Restrukturizasiya prosesini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları ötən həftədən gücləndirilmiş iş rejiminə keçib. Bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejimində işləməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edir. 

Həftəiçi ilə yanaşı, şənbə və bazar günləri səhər saat 10.00-dan axşam 18.00-dək  bankın “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları restrukturizasiya ilə bağlı müştərilərə xidmət göstərir. 

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. 

Restrukturizasiya prosesinin bitməsinə cəmi 2 həftə qalıb. Unibank, hələ də restrukturizasiyası müqaviləsi imzalamayan müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, bu fürsətdən faydalanmağa çağırır. 


Unibank- hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment