1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İKZF ilə “Qazaxıstan İpoteka Şirkəti” arasında təcrübə mübadiləsi həyata keçirilib
06.12.2019

Baki, FinanceTime. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (Fond) fəaliyyət istiqamətləri üzrə regional və beynəlxalq təcrübənin öyrənilməsi, ixtisaslaşmış xarici ipoteka təşkilatları, o cümlədən kredit zəmanət  təşklatları ilə təcrübə mübadiləsinin həyata keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə Fondla “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti arasında uzun illərdir mövcud olan əməkdaşlıq bu gün də inkişaf edir. 

Mövcud əməkdaşlıq çərçivəsində 4-5 dekabr 2019-cu il tarixlərində Qazaxıstan nümayəndə heyəti Fondun iş təcrübəsi ilə yaxından tanış olub. Nümayəndə heyətinə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin şərtləri, ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlar və onlarla iş prinsipləri, yeni “Elektron ipoteka və kredit zəmanət sistemi”, o cümlədən vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi” ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib. 

Qeyd edək ki, “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti Qazaxıstan Respublikasının Mərkəzi Bankı tərəfindən 2000-ci ildə təsis olunub. Cəmiyyət ipoteka mexanizmi vasitəsilə mənzil təminatı sahəsində dövlət siyasətini həyata keçirən maliyyə təşkilatıdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment