1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla həyata keçirilib
05.12.2019

Baki, FinanceTime. Dekabrın 2-də Mərkəzi Gömrük Hospitalında dünyada ilk dəfə icra edilən nadir əməliyyata həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası  şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazımi 5 yaşlı uşaq üzərində icra etdikləri unikal əməliyyat haqqında mətbuat nümayəndələrinə  ətraflı məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında Dr. Mircəlal Kazımi tərəfindən aparılan müayinə nəticəsində 5 yaşlı pasiyentdə  hiperlipidemiya diaqnozunun olması təsdiqlənib. Bir müddət öncə bu pasiyentə həmin diaqnoz Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin Uşaq xəstəlikləri və metabolizm şöbəsində də qoyulub.

Hiperlipidemiya diaqnozu zamanı qaraciyərdəki lipidlərin, yəni yağların mübadilə pozğunluğu əmələ gəlir və bu mübadilə pozğunluğu nəticəsində xəstələrin qanında zərərli lipidlərin, xolesterinin miqdarı artır. Bu tip xəstələrdə lipoproteinin də miqdarı yüksəlir və bu damar divarında zədə əmələ gətirir. Damar divarlarında əmələ gələn kirəcləşmə, yəni həmin yağ depozitlərinin damar divarlarında yığılması nəticəsində bu xəstələrdə ürək xəstəliyi yaranır. Xəstələrin ürəyində olan tac damarlarında tıxanıqlıq əmələ gəlir və bu cür xəstələr maksimum 11-12 yaşa qədər yaşayırlar. Adətən, belə xəstəliyi olar uşaqlar kəskin miokard infarktından dünyalarını dəyişirlər.

Bu günlərdə 5 yaşlı pasiyent qaraciyər transplantasiyası əməliyyatına hazırlandı. Xəstənin valideyinlərində xolesterinin yüksək səviyyədə olması səbəbindən əmisi balaca pasiyentin donoru oldu.  

Əməliyyatdan öncə pasiyentin ürəyinin koronar angioqrafiyası zamanı damarlarda 90 faizə qədər darlıq aşkarlanıb. Bu isə o demək idi ki, xəstə hər an dünyasını dəyişə, eyni zamanda qaraciyər transplantasiyası əməliyyatı zamanı da xəstənin ölümünə səbəb ola bilərdi. Beləliklə, xəstədə ürəyin tac damarlarının dəyişilməsi, yəni koronar by-pass əməliyyatının mütləq icrasına göstəriş olduğu aşkarlandı.

Mərkəzi Gömrük Hospitalı yüksək ixtisaslı həkimləri və maddi-texniki bazası ilə istənilən mürəkkəb əməliyyatları icra edə biləcək qüvvəyə malikdir. Ona görə Mərkəzi Gömrük Hospitalının ürək-damar cərrahları ilə birgə, eyni seansda iki mürəkkəb əməliyyat – 5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı icra olunması qərara alındı.

Beləliklə, 13 noyabr 2019-cu il tarixində dünyada ilk dəfə azyaşlı xəstə üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment