1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir
04.12.2019

Baki, FinanceTime. Dekabrın 4-də Bakıda Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyası keçirilir.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə təqdim olunması, milli ulduz təsnifat sistemi ilə əlaqədar planların açıqlanması, 2020-ci il üzrə nəzərdə tutulan strategiya, eyni zamanda hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsidir.

Assambleyada çıxış edən Assosiasiyanın prezidenti Martin Klaynman rəhbərlik etdiyi təşkilatın ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

O, qonaqpərvərlik sənayesindəki mövcud çətinliklər və fürsətlərdən bəhs edərək təşkilatın 2019-cu il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Martin Klaynman hotel sənayesinin inkişafında dövlət qurumları ilə birgə fəaliyyətin səmərəliliyindən söz açaraq Assosiasiyanın işində Dövlət Turizm Agentliyi, eyni zamanda Azərbaycan Turizm Bürosunun dəstəyini xüsusi vurğulayıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid çıxışında qarşıya qoyulan məqsədlər arasında hotel və qonaqpərvərlik sənayesinin inkişaf etdirilməsinin yer aldığını qeyd edib.

Florian Zenqstşmid Assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Tədbir zamanı “Milli ulduz təsnifatı”, “Hüquqi qanunvericilik, Turizm qanunu, təsnifat və reyestr”, “Qonaqpərvərlik sənayesində rəqabət və gəlirlilik”, " Turizm məhsulu perspektivləri”, “Qonaq şikayətlərinin idarəsi”  və s. mövzular üzrə azərbaycanlı və xarici mütəxəssislərin fikirləri dinləniləcək.

Assambleya çərçivəsində BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun Kür II Proqramının “H2Otel Suya Qənaət Mükafatları” adlı layihəsinin qalibləri mükafatlandırılacaq.

Layihə əsasında dekabradək innovasiyalar və qabaqcıl texnologiyalardan səmərəli istifadə edərək ən az su sərfiyyatı edən hotellər təltif ediləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment