1 USD 1.7000   1 EUR 1.9035   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1882   1 BRL 0.4200   1 BYN 0.8080   1 CAD 1.3007   1 CHF 1.7479   100 CLP 0.2275   1 CNY 0.2435   1 CZK 0.0748   1 DKK 0.2548   1 EGP 0.1060   1 GBP 2.2284   1 GEL 0.5936   1 HKD 0.2183   100 IDR 0.0122   1 ILS 0.4915   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5578   1 KGS 0.0243   100 KRW 0.1470   1 KWD 5.6030   1 KZT 0.0045   100 LBP 0.1128   1 MDL 0.0986   1 MXN 0.0904   1 MYR 0.4134   1 NOK 0.1931   1 NZD 1.1410   1 PLN 0.4466   1 RUB 0.0274   1 SAR 0.4530   1 SDR 2.3463   1 SEK 0.1824   1 SGD 1.2596   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2858   1 TWD 0.0565   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 30.4661   1 XAU 2574.8115   1 XPD 3240.8884   1 XPT 1615.7480   1 ZAR 0.1214   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Banklar


Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır- Müsahibə
04.12.2019

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırır. İnnovasiya layihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin transformasiyası proqramının daha bir komponentidir. 

Təşəbbüs haqqında sualları “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb.

- Faiq müəllim, Unibank hər zaman ilkləri ilə seçilib. İstər innovativlik,  istərsə də yeni məhsulların bazara təqdim edilməsi baxımından davamlı yeniliklər olur. Hal-hazırda ölkənin bank bazarı üçün yeni olan daha bir layihəni təqdim etməyə hazırlaşırsınız. Bu layihənin özəlliyi nədir?

Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq.  Daxili innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı. Biz fəxrlə deyə bilərik ki, həyata keçirməyi hədəflədiyimiz layihə Azərbaycan bank sektorunda innovasiya sahəsinə ayrılan ilk böyük maliyyə büdcəli bir layihədir.

- Layihə haqda bir qədər ətraflı məlumat verə bilərsiniz? Kifayət qədər böyük büdcəyə malik bu layihə çərçivəsində vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə yönəldilməsi nəzərdə tutulur?

Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır. Təklif olunan layihələrə Bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də aid etmək olar. Əsas - təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə səmərəsinin olmasıdır.

Prosesin gedişatı çox sadədir: İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun maliyyələşdirilməsi aparılır. Layihə müəllifi birbaşa icra prosesinin içində olur və layihənin nəticələrinin alınmasının qarantı kimi çıxış edir. Layihələr qısa müddətli və yaxud uzun müddətli ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun biznes planının nümunə forması da artıq təsdiqlənib. 

Sonda layihənin tətbiqinin nəticəsi  qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. 

- Unbank əməkdaşı olmayan şəxslər də bu layihə çərçivəsində öz səmərələşdirici təkliflərini təqdim edə bilərlər? 

Sözsüz ki, hər bir Unibank əməkdaşı bu layihədə iştirak etmək hüququnu qazanır. Unibank əməkdaşı olmayanlar isə layihələri elektron poçtumuza yönəldib və komandamıza qoşulmaqla iştirak edə bilərlər. Layihələrin qəbulu indidən aparılacaq və bankdaxili prosedurlara uyğun olaraq mərhələlər yolu ilə təsdiqlənən, razılıq verilən layihələrin icrasına gələn ilin əvvəllərindən başlanılacaq. İdeya, təşəbbüs və layihəsinə güvənən hər kəsi komandamızda görməyə şadıq. 

-  Bank sektoru üçün yeni olan bu layihənin tətbiqi Sizcə bazara və eləcə də “Unibank”a nə qazandıracaq?

- Bu layihədən bütün tərəflər qazanır: əməkdaşlar da, şirkət də, cəmiyyət də. Ölkənin bank sahəsi  üçün yenilərdən olan, bank məhsul və xidmətlərinin səmərəliliyinin artmasına, rəqəmsallaşmasına xidmət edən bir layihənin bazarda yeni trendlər yaradacağına, yeni ideyaların yaranmasına səbəb olacağına ümid edirik. Unibank olaraq, gələn il də yeni transformasiya layihələrinin tətbiqini davam etdirəcəyik.

Bankdan kənar potensial təkliflərin qəbulunu asanlaşdırmaq üçün və bu kommunikasiyanın məxfiliyinə, müraciət edənlərin hüquqlarının qorunmasına nəzarət məqsədilə Unibank CEO tərəfindən xüsusi kommunikasiya imkanı yaradılıb. Layihələri təqdim etmək istəyənlər birbaşa mənə- ceo@unibank.az elektron poçtuna yaza bilərlər. Bütün müraciətlərin məxfiliyi qorunacaq.

 


     



25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
 
26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment