1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcək!
03.12.2019

Baki, FinanceTime. AccessBank 2020-ci ili ətraf mühitin qorunmasına həsr edəcəyini elan edir. Belə ki, ətraf mühitin qorunması tədbirləri bankın fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək və “Təbiəti qorumaq təbiətimizdədir!” şüarı altında həyata keçiriləcək.

Biznes. AccessBank-ın biznes fəaliyyətində ətraf mühitin qorunmasına verdiyi önəm daha irimiqyaslı və əhəmiyyətlidir. Beynəlxalq maliyyə institutlarından ibarət bankın səhmdarlarının menecment qarşısında qoyduğu əsas tələblərdən biri də məhz budur. Qürur hissi ilə bildiririk ki, həcmindən və gəlirliliyindən asılı olmayaraq, layihələnin maliyyələşdirilməsi zamanı AccessBank ekoloji riskləri, o cümlədən onların minimallaşdırılması istiqamətində müştərinin səylərini qiymətləndirir. Digər tərəfdən, bank biznesin effektivliyinin artırılmasına, enerji sərfiyyatının azaldılmasına, təkrar emala və digər yaşıl texnologiyalara hesablanan layihələrin maliyyələşdirilməsini stimullaşdıracaq. Stimul qismində güzəştli kredit dərəcələri, kreditləşmə müddəti, qrafiki və girovla bağlı daha liberal şərtlər çıxış edə bilər.

Əməliyyat. Bank əməliyyat proseslərini də ətraf mühitin qorunması prizmasından quracaq. AccessBank rəhbərliyi tərəfindən qəbul olunan qərara əsasən, iş prosesində kağız və plastikdən istifadə minimuma endiriləcək. Xatırladaq ki, AccessBank-ın uzun illərdir reallaşdırdığı "Green Access" layihəsi nəticəsində tonlarla kağız və kağız məmulatı təkrar emala təhvil verilb. AccessBank qürur hissi keçirir ki, bu layihə nəticəsində minlərlə ağacın qırılmasının qarşısı alınıb.

Xüsusi olaraq qeyd olunası məqam ondan ibarətdir ki, 2020-ci ildə bankda gündəlik istifadə olunan kağız məmulatları (korporativ gündəlik və təqvim) təkrar emal məhsullarından hazırlanacaq.

Enerji effektivliyi və resursların qorunması məsələləri bankın bütün investisiya qərarlarında, o cümlədən yeni filialların açılışı və köhnələrinin təmiri zamanı nəzərə alınacaq. 

Bank rəhbərliyi yuxarıda qeyd edilən tədbirlərin monitorinqini həyata keçirən ixtisaslaşmış komitənin yaradılmasını planlaşdırır. 

Korporativ sosial məsuliyyət. Gələn il AccessBank korporativ sosial məsuliyyət layihələrini ətraf mühitin qorunmasına həsr edəcək. Həmin layihələrin reallaşdırılması ilə bank əhalinin ekoloji məsələlərlə bağlı bilik səviyyəsinin artırılmasına nail olmaq niyyətindədir. Bunun üçün AccessBank müştəri və tərəfdaşlarını da həyata keçirəcəyi layihələrə cəlb etməyi planlaşdırır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment