1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank gücləndirilmiş iş rejiminə keçib
29.11.2019

Baki, FinanceTime.   “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanının restrukturizasiya hissəsini daha sürətli və keyfiyyətlə icra etmək məqsədilə, Unibank filialları gücləndirilmiş iş rejiminə keçib. Bu həftədən etibarən bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejiminə keçməklə yanaşı, bazar günləri də müştərilərə xidmət edəcək. Şənbə günü “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi (Bankın baş idarəsinin yanı) və Region filialları Unibank müştərilərinin xidmətində olacaq. Filiallar səhər saat 10.00-dan 14.00-dək adi iş rejimində, 14.00-18.00-da isə yalnız restrukturizasiya ilə bağlı xidmət göstərəcək.

Problemli kreditlərini restrukturizasiya etmək istəyən müştərilər, bazar günləri də saat 10:00-dan  18:00-dək “Unibank”ın “Sumqayıt”, “Dərnəgül” filialları, “Aquapark” məntəqəsi və Region filiallarına müraciət edə bilərlər. Bu filiallar gün ərzində müştərilərə xidmət edəcək. 

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya prosesi nəticəsində müştəriyə hesablanmış bütün cərimə və faiz borcları silinir, müştərinin aylıq kredit ödənişi 3-4 dəfəyədək azalır və kredit tarixçəsi müsbətə dəyişir. 

Qeyd edək ki, Prezident fərmanına uyğun olaraq, Unibank müştərilərinin bir hissəsinin kreditləri artıq restrukturizasiya edilib. 

Restrukturizasiya prosesinin bitməsinə cəmi 1 ay qalıb. Unibank, fərmanın əhatə etdiyi bütün müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, kreditlərini restrukturizasiya etməyə çağırır. 


Unibank- hər kəsin bankı!


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment