1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Azərbaycan Biznes Keys Yarışması”nın iştirakçıları Azercell-də
29.11.2019

Baki, FinanceTime.  Ölkədə nüfuzlu biznes müsabiqələri sırasında olan “Azərbaycan Biznes Keys Yarışması”nın bir qrup iştirakçısı Azercell-də təlimə qatılıb. Təlim sessiyası “Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları tərəfindən aparılıb. İnsan Kapitalının İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi üzrə konsultantı Aytən Fərzəliyeva ölkənin lider mobil operatorunun fəaliyyəti və strukturu barədə tələbələri ətraflı şəkildə məlumatlandırıb. İstedadların Cəlb Edilməsi və Professional İnkişaf şöbəsinin mütəxəssisi Vahida Orucova isə sessiya zamanı işə qəbul və seçim prosesi, əmək bazarında mövcud tendensiyalar və digər aktual mövzulara toxunub. Həmçinin görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında maraqlı diskussiyalar aparılıb. 

İştirakçı komandalar yarışmaya dəstək olan sponsor şirkətlər tərəfindən biznesin təhlili, strategiyanın qurulması, təqdimat bacarığı və digər mövzularda təşkil edilən təlimlərə qatılacaq.

Qeyd edək ki, “Azərbaycan Biznes Keys Yarışması” ali təhsil ocaqlarının maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır. 

"Azercell Telekom" MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşır. Bir sıra ali təhsil mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment