1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb
29.11.2019

Baki, FinanceTime.  Ötən həftə Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub. Yarışda Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan iştirakçılarla yanaşı, Azərbaycan məktəbliləri də öz biliklərini sınayıb. Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi Əziz Hüseynov yarışda uğurlu nəticə göstərərək, gümüş medal qazanmağa müvəffəq olub. 

Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən başlayaraq Şumen şəhərində keçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri də turnirə qatılmağa başlayıb. 

Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment