1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Ernst&Young”ın “EY İlin İş Adamı™” proqramı başlandı
28.11.2019

Baki, FinanceTime.  Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan “Ernst&Young” Azərbaycanda ilk dəfə “EY İlin İş Adamı™” müsabiqə-proqramını elan edib. Bu qlobal proqramın ölkəmizdə həyata keçirilməsinə Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkəti də dəstək verir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə proqramın strateji tərəfdaşıdır.

“EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir. 

“EY İlin İş Adamı ™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır. 2019-cu ildən başlayaraq belə bir proqramın ölkəmizdə də tətbiqi yerli sahibkarların fəaliyyətini layiqincə qiymətləndirmək, onları dəstəkləmək və bir araya gətirmək məqsədi daşıyır. 

Bu müsabiqədə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarlar, onların ortaya qoyduqları nəticələr yarışır. İştirak meyarlarına cavab verən hər bir sahibkar müsabiqəyə qatıla bilər. Bütün iştirakçılar milli mərhələ çərçivəsində yarışacaq. Onların müraciətləri, biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin qalibi olan sahibkar Monte Karloda keçiriləcək nüfuzlu “EY Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq. 

Ərizələrin qəbulu 25 noyabr tarixindən 15 yanvar tarixinə qədərdir. İştirakçı sahibkarlarla müsahibələr və ərizələrin qiymətləndirilməsi gələn ilin 16 yanvarından 6 martına qədər həyata keçiriləcək. Martın 11-də mükafatlandırma mərasimi olacaq. 4-7 iyun 2020-ci il tarixində isə qalib sahibkar Monte Karloda “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində iştirak edəcək. 

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bunları deyib: “Proqram sahibkarlara öz nailiyyətlərini göstərməyə, komandanın töhfələrini açıq şəkildə nümayiş etdirməyə imkan verir.  Ümid edirik ki, Azərbaycan sahibkarları bu müsabiqədə həvəslə iştirak edərək uğur qazanacaqlar”.   

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə bankın müştərisi olan sahibkarlar üçün bu proqramın gözəl bir inkişaf imkanı olduğunu qeyd edib: “EY İlin İş Adamı™ proqramı ölkəmizdə sahibkarlığın təşviqinə, müştərilərimiz olan iş adamlarının öz bizneslərini böyütmələrinə şərait yaradır. Sahibkarlarla fəal şəkildə çalışan bank olaraq bütün bunlar Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. Ona görə də ölkəmizdə ilk dəfə həyata keçirilən bu faydalı təşəbbüsə məmnuniyyətlə dəstək veririk”.

Proqramda iştirak meyarları ilə bu linkdən ətraflı tanış olmaq və müraciət ərizəsi göndərmək mümkündür: https://www.ey.com/az/en/home/ey-eoy

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment