1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB “İnternet Bankinq”-də avtomatik ödənişlər funksiyasını istifadəyə verib
28.11.2019

Baki, FinanceTime.  Bank BTB müştərilərinə rahat həllər təklif etməkdə davam edir. Belə ki, İnternet Bankinq xidmətinə əlavə edilmiş yeni funksiya vasitəsilə indi həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar ödənişlərini avtomatik şəkildə həyata keçirə biləcəklər. 

Müştərilərin istifadəsinə verilmiş bu funksiya imkan yaradır ki, müştərilər icarə haqqı, xidmət haqqı, gömrük, vergi və digər cari ödənişləri avtomatik şəkildə həyata keçirsinlər. Yalnız cari hesabdan çıxılan bu ödənişlər müştəri istəyindən asılı olaraq günlük, həftəlik, aylıq və rüblük şəkildə rəsmiləşdirilə bilər. 

Bu xidmətdən faydalanmaq üçün müştərilər www.btb.az saytına daxil olaraq İnternet Bankinq hissəsindən şəxsi kabinetinə keçid almalıdırlar. Daha sonra, açılmış pəncərədə köçürmələr hissəsindən bütün məlumatları, həmçinin, ödənişin avtomatik çıxılması üçün məbləği və müddəti (günlük, həftəlik, aylıq və rüblük) qeyd etməlidirlər. Doldurulan ödəniş tapşırıq forması müştəri və bank tərəfindən təsdiq edildikdən sonra proses başa çatmış hesab olunur. 

Bank BTB rəqəmsal alətlərin yaratdığı imkanları məhsul və xidmətlərinə tətbiq etməklə müştəri rahatlığını təmin etməyə davam edir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və Instagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment