1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364% artırdı
27.11.2019

Beynəlxalq araşdırmalara əsasən Azercell Telekom-un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir. 

Baki, FinanceTime.  Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən Azercell Telekom 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş qeyd olunub. Son bir ildə Azercell-in 1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE traffiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.

Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə Azercell sirkətinin daha ustün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub.

“Azercell özünün 4G şəbəkəsini 364 % genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda Azercell-in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir.”-deyə Azercell Telekom-un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirib.

Qeyd edək ki, bu ilin noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən Azercell Telekom ən yeni nəsl mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment