1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri mükafatlandırdı
26.11.2019

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi “Startap günləri” layihəsi uğurla başa çatıb. 

Noyabrın 25-də “StartupFest 2019” tədbiri çərçivəsində layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə startapçı gənclərə Azərbaycan Beynəlxalq Bankının da mükafatları təqdim olunub. 

Xatırladaq ki, bu ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunaraq qalib komandalar seçilib. Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib. Azərbaycan Beynəlxalq Bankının fəal dəstək verdiyi bu layihədə ümumən 1000-dən çox gənc iştirak edib. 

“Startap günləri”  layihəsinin  məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılmasıdır. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, bank innovativ təşəbbüslərin dəstəklənməsi üçün davamlı layihələr həyata keçirir: “Bu layihələr cəmiyyətimizin gələcəyinə qoyulmuş sərmayədir. Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ölkəmizdə startap ekosisteminin inkişafına töhfə vermiş oluruq və bundan çox məmnunuq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment