1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimi, t.f.d. Mircəlal Kazımi öz 500-cü böyrək transplantasiyası əməliyyatını uğurla icra edib
25.11.2019

Baki, FinanceTime.  Xroniki böyrək çatışmazlığının yeganə müalicəsi böyrək transplantasiyasıdır.  Böyrək transplantasiyası xəstəyə nicat verən, ona həyatını qaytaran bir əməliyyatdır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələr böyrək transplantasiyası əməliyyatından sonra tam sağlam, normal həyata qayıdırlar. 

Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu t.f.d. Mircəlal Kazmi 2008-ci ildən Azərbaycan Respublikasında orqan transplantasiyası sahəsində fəaliyyət göstərir. 2008-ci il Azərbaycanda orqan transplantasiyasının intibah dövrü olub. 12 noyabr 2019-cu il tarixində Dr. Mircəlal Kazmi tərəfindən respublikamız üzrə 500-cü böyrək transplantasiyası əməliyyatı icra olunub. Dr. Mircəlal Kazmi bildirib: “500 uğurlu orqan transplantasiyası çox qürurverici bir rəqəmdir. Bu münasibətlə mənimlə uzun illər çiyin-çiyinə işləyən həmkarlarımı və eyni zamanda cəmiyyətimizi də təbrik etmək istəyirəm. Bizim tərəfimizdən Mərkəzi Gömrük Hospitalında icra olunan laparoskopik əməliyyat zamanı kiçik, estetik bir kəsikdən böyrək donordan alınır. Bu donor əməliyyatları Dr. Kamran Beydullayevin rəhbərliyi ilə donor qrupu tərəfindən həyata keçirilir. Bu üsulun çox üstünlükləri var. Xəstənin Hospitalda qalma müddətinin qısa olması, əməliyyatdan sonra tez bir zamanda normal həyata qayıtması, əməliyyat yerinin 3-4 kiçik dəlikdən ibarət olması bizi digər xəstəxanalardan fərqləndirir”.

Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. Mircəlal Kazımi tərəfindən icra edilib.   

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment