1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur
22.11.2019

Baki, FinanceTime. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2019”  sərgisində iştirak edir.

Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği və ölkəyə daha çox turistin cəlb olunmasına dəstək göstərməkdir.

Beynəlxalq sərgidə dörd turizm şirkəti və bir hotellər qrupu ilə təmsil olunan Azərbaycan stendi ilk gündən etibarən çoxsaylı ziyarətçilərin marağına səbəb olub və onlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlar verilib.

Azərbaycan stendini ölkəmizin Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib və nümayiş olunan təbliğat materialları ilə tanış olub.

Noyabrın 23-dək davam edəcək sərgi çərçivəsində maraqlı tərəflərlə işgüzar görüşlər keçirilir və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılır. 

“TT Warsaw 2019” hər il təşkil olunan B2B (Biznesdən-biznesə) formatlı turizm ticarət sərgisidir. Bu il sərgiyə 53 ölkədən 450-dən çox iştirakçı, 20 mindən çox ziyarətçi qatılıb.

Polşanın İdman və Turizm Nazirliyi, Polşa Turizm Təşkilatı və Polşa Turizm Palatasının dəstəyi ilə təşkil olunan və dünya üzrə aparıcı turizm nümayəndələrini bir yerə toplayan bu sərgi çərçivəsində, həmçinin müxtəlif seminar və digər tədbirlər baş tutur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment