1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank KSM fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib
22.11.2019

Baki, FinanceTime. 21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri və Biznes mühiti tədbirində Korporativ Sosial Məsuliyyət üzrə fəal olan təşkilatlar mükafatlandırılıb.

Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaşa” Təqaüdçülər Mərkəzi xüsusi təşəkkürnamə ilə təltif olunub.

Forum formatında keçirilən tədbir zamanı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və digər qonarlar çıxış edərək, şirkətlərin və sahibkarların fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafında mühüm amil olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir. Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 055 680 11 55,  012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment