1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sahibkarlar “Mən bunu bilsəydim” deyərək öz təcrübələrini bölüşüb
20.11.2019

Baki, FinanceTime.  “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfdaşlığı və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatı dəstəyi ilə 4 sahibkarın panel müzakirələrində çıxış etdiyi “Mən bunu bilsəydim” adlı tədbir yekunlaşıb.

100-ə yaxın gənc, sahibkar və qurum nümayəndələrinin qatıldığı panel müzakirələrində uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru Elvin Mahmudov, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov fərqli mövzularda öz bilik və təcrübələrini bölüşüb.

Moderatorluğunu Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovun etdiyi panel çıxışlarından sonra iştirakçıların spikerlərə biznes və təşəbbüskarlıqla bağlı ünvanlanan sualları diqqəti cəlb edib. Həmçinin tədbir həm iş adamları həm də gənclər üçün böyük şəbəkələşmə imkanları yaradıb.

Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. "Mən bunu bilsəydim" adlı tədbir Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində keçiriləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment