1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi
20.11.2019

Baki, FinanceTime. Azərbaycan Beynəlxalq Bankının müştərisi olan bir qrup kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib. İşgüzar şam süfrəsi formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı bölgələrdən 30-a yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib. Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5 ballıq sistemlə qiymətləndiriblər.

Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da davam etdiriləcəyini bildirib: “Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment