1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-nin İdarə Heyətinin tərkibi genişlənib
20.11.2019

Baki, FinanceTime. Bank BTB-nin 2019-2021-ci illər üzrə inkişaf strategiyasının uğurla həyata keçirilməsi məqsədilə İdarə Heyətinin tərkibində yeni təyinatlar baş verib. 

Belə ki, Rövşən Fərhad-zadə İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. 

Həmçinin, Korporativ İnkişaf Departamentinin direktoru Rauf Qurbanov İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da, İdarə Heyəti üzvlərinin sayı 5-ə çatdırılıb. 

Bank BTB-nin İdarə Heyətinin hazırki tərkibi:

- Emil Rzayev, İdarə Heyətinin sədri

- Rüfət Abbasov, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü

- Rövşən Fərhad-zadə, İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin üzvü

- Vüsal Şahverdiyev, İdarə Heyətinin üzvü 

- Rauf Qurbanov, İdarə Heyətinin üzvü

Bank “BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev İdarə Heyətində aparılan dəyişikliklərlə bağlı açıqlama verərək bildirib ki: “Bank BTB yeniliklərə açıq, innovasiyalara dəstək olan bir bank olaraq yeni inkişaf strategiyası ilə maliyyə sektorunda dayanıqlı bazar mövqeyini möhkəmləndirməyə iddialıdır. Əminəm ki, bankımız 3 illik inkişaf strategiyası çərçivəsində rəqəmsallaşma səviyyəsini artırmaq, xidmət şəbəkəsini genişləndirmək və biznes proseslərini optimallaşdırmaqla, o cümlədən, müştəri yanaşmasında və məhsul yaradılmasında innovativ həllər təklif etməklə maliyyə sektorunda davamlı artım tempini qoruyub saxlamağa nail olacaq.”

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətləri göstərir. Hazırda bankın 17 xidmət nöqtəsi  fəaliyyət göstərir.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstaqram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment