1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Uşaq hüquqları sahəsində innovativ proqramlar reallaşdırılacaq
20.11.2019

Baki, FinanceTime. 20 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar.

Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini və əməkdaşlıq çərçivəsində bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Agentliyin rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələri, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği, bu istiqamətdə paytaxtda və regionlarda əhalinin maarifləndirilməsi sahəsində məlumat verib. Diqqətə çatdırılıb ki,  Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.

UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir,  Qeyd olunub ki, UNICEF və Dövlət Agentliyi arasındakı bu yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək.

Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar. 

20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment