1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda "Həyat boyu Müştərilər" mövzusunda beynəlxalq ekspert tərəfindən master-klass keçiriləcək
19.11.2019

Baki, FinanceTime. 10 dekabr Bakıda "Həyat boyu Müştərilər" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeri beynəlxalq ekspert Mixail Safran bu sahədə çoxillik təcrübəyə malikdir.



"Müştəri gözləntilərini sadəcə qarşılamaq – rəqabət mübarizəsinə başlamadan uduzmaq deməkdir! Bu gün, bu, artıq kifayət deyil – müştərini təəccübləndirmək gərəkdir!", spiker Mixail Safran deyir.

Master-klassın məqsədi müştəri xidməti ilə "xəstələnmək", müasir dünyada müştərilərdə diqqətin fokuslanmasının alternativsiz olmasını anlamaq, müştəri təcrübəsinin idarə edilməsi sahəsində ən yaxşı təcrübələri və ən müasir alətləri öyrənmək, şirkətinizdə günü sabahdan tətbiq etmək üçün vacib addımları müəyyən etməkdir.

Master-klass müştəri xidməti və satış üzrə menecerlər və mütəxəssislər, satış məsləhətçiləri, ön ofis işçiləri, eləcə də marketinq və biznesin inkişafı, biznes-proseslərin təkmilləşdirilməsi və keyfiyyətə nəzarət, insan resursları üzrə menecerlər və mütəxəssislər, sahibkarlar və şirkət rəhbərləri üçün xüsusilə faydalı olacaq.

Master-klass aşağıdakı əsas istiqamətləri əhatə edəcək:

Unikal müştəri təcrübəsi - Sizin əsas müasir rəqabət üstünlüyünüz

Müştəri gözləntilərini üstələmək üçün ən effektiv alət, üsul və texnologiyalar

Müasir istehlakçının psixologiyası: müştəri dəyərlərinin dörd kateqoriyası

Xidmətin təkmilləşdirilməsi üzrə iş – günü sabahdan nə etmək olar?

Müştəri xidmətləri üzrə birinci olmaq üçün hansı addımlar atılmalıdır?

B2B və B2C seqmentlərində müştəri xidmətinin əsas fərqləndirici xüsusiyyətləri


"Həyat boyu Müştərilər" mövzusunda master-klass biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar əlaqələrin birləşməsi olacaq. Master-klass 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Master-klass Rus dilində və Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək. Əlavə məlumat və qeydiyyat üçün: http://master-class.az/service/az , 055 946 02 70.

Spiker haqqında:

Mixail Safran – beynəlxalq biznes-kouç, sahibkar, müştəri xidməti üzrə ekspert, auditor, məsləhətçi və motivasiya spikeri (www.michaelsafran.ru). 

22 illik praktiki təcrübəyə malikdir, 10 ildən çox Allianz, ROSNO, Alfa-Sığorta, Detskiy Mir, Promsvyazbank, McCann Erickson kimi böyük xarici və Rusiya şirkətlərində marketinq və müştəri xidmətləri sahəsində rəhbər vəzifələrdə çalışmışdır. 

Üç dəfə müştəri xidmətləri sistemini Rusiya korporasiyalarında sıfırdan qurmuşdur, iki dəfə isə "Kommersant" biznes nəşri və Rusiyanın Menecerlər Assosiasiyası tərəfindən "İlin ən yaxşı marketinq direktoru" adına layiq görülmüşdür. 

Turizm, konsaltinq və tədris sahələrində üç fərqli biznes sahibidir, qonaq mühazirəçi kimi SKOLKOVO Biznes Məktəbində çıxış edir və Rusiyanın Sberbank-Sığorta, INVITRO, Aeroexpress və digər aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment