1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-nin yeni “Gənclik” filialı fəaliyyətə başlayıb
15.11.2019

Bakı, FinanceTime.  Bank BTB müştərilərin, biznes subyektlərinin bankın xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini daha da genişləndirir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi bank Bakıda  yeni “Gənclik” filialını açıb.

Bankın yeni “Gənclik” filialı Həsənoğlu küçəsi, bina 12, blok “C” ünvanında fəaliyyət göstərir.  

Yeni filial müasir standartlara cavab verən avadanlıqlarla və vahid korporativ interyer dizayn elementlərilə təchiz olunub və filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. 

“Gənclik” filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kreditlər, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətlərini göstərir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir. 

Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov bildirib ki: “Bank BTB 2019-2021-ci illər üçün təsdiqlənmiş yeni inkişaf strategiyası çərçivəsində əsas diqqət və resurslarını müştəri xidmət keyfiyyətinin müasir tələblərə uyğun, seçilən səviyyəyə çatdırılması, satış kanallarının təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi məsələlərinə fokuslayıb. Biz sözügedən prosesləri sistemli şəkildə həyata keçiririk. Əsas məqsədimiz müştərilərimizi yüksək xidmət səviyyəsi ilə təmin etməkdir.”

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment