1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək
15.11.2019

Bakı, FinanceTime.  Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində "Mən bunu bilsəydim" adlı tədbir keçiriləcək. 

20 Noyabr tarixində baş tutacaq tədbir "Davos" formatında tərtib olunaraq 4 biznes sahibinin öz bilik və təcrübələrini bölüşəcəyi panel müzakirələrindən ibarət olacaq. Spikerlər sahibkarlıq fəaliyyətinə uzun müddət öncə başlayan şəxslər olaraq panel çıxışlarında öz bilikləri, iş təcrübələri ilə və biznes həyatları ilə bağlı dedikləri “Mən bunu bilsəydim...” cümləsinin davamını bölüşəcəklər.

Tədbirin spikerləri “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru olan Elvin Mahmudov, 2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın sədr müavini, xanım sahibkar Jalə Əmirbəyova, Aqrarkredit QSC Bank, İdarə Heyəti Sədrinin baş məsləhətçisi Turhan Poyraz və Antaris şirkətinin CEO-u Balağa Cəfərov olacaq. Panel müzakirələrinin moderatoru isə Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovdur.

Landmark III Rotunda zalında baş tutacaq tədbirdə iştirak etmək üçün www.mbm.youthinc.az ünvanı ilə qeydiyyatdan keçmək kifayətdir. 

Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyəyini qeyd edən vacib hadisədir. "Mən bunu bilsəydim" adlı tədbir Azərbaycan Sahibkarlıq Konfederasiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində keçiriləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment