Bakı, FinanceTime. Mərkəzi Gömrük Hospitalının Tibbi yardımın keyfiyyətinə nəzarət şöbəsinin həkim-metodisti Səttar Yaqubov, baş tibb bacısı Fərəcova Gülyaz, Əməliyyatxana və Reanimasiya şöbəsinin böyük tibb bacısı Qarayeva Cəmilə, Mərkəzi sterilizasiya şöbəsinin tibb bacısı Həsənova Ruhəngiz 10-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində AZDAS şirkətinin təşkilatçılığı ilə EMSEY Hospitalda keçirilən “Dezinfeksiya, antiseptika və sterilizasiya” dərnəyinin praktiki kursunda iştirak etmək üçün Türkiyə Respublikasına ezam olunublar.
Mərkəzi Gömrük Hospitalın tibbi personalının təlimdə iştirak etməsinin əsas məqsədi Hospitalda cərrahi əməliyyatların aparılmasına xüsusi tələblərin olmasını nəzərə alaraq, sanitar-epidemik vəziyyətə nəzarətin gücləndirilməsi və xəstəxanadaxili infeksiya ilə mübarizənin daha effektiv aparılması üçün beynəlxalq təcrübədən yararlanmaqdır.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı ambulator və stasionar tibbi xidmət göstərən çoxprofilli tibb müəssisəsidir. Hospitalda qaraciyər və böyrək transplantasiyası əməliyyatları, açıq ürək əməliyyatları, endoprotezləşdirmə, estetik və rekonstruktiv əməliyyatlar, müxtəlif növ başbeyin və onurğa beyni əməliyyatları həyata keçirilir. Həmçinin, qrip, hepatit A, hepatit B, göy öskürək, su çiçəyi və digər xəstəliklər əleyhinə Avropa və Amerikanın etibarlı istehsalçılarından alınmış peyvəndlərin edilməsi xidməti göstərilir. Daha ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.