1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
12.11.2019

Rəqəmsal dünyanı Azercell ilə yarat! – Ölkənin lider mobil operatoru Azərbaycanı yeni bağlantı erasına yüksəltmək vədinə sadiq olduğunu nümayiş etdirir!

Bakı, FinanceTime.  Ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq!

Azercell özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı.

5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq!

Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.

5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcəkdir.

Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaqdır.

Pilot mərhələsində 5G xidməti Azercell tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcəkdir. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin Azercell-in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.

Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alındı. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment