1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB əlilliyi olan uşaqlar üçün “Mən dünyanı boyayıram!” adlı sosial layihə keçirib
08.11.2019

Bakı, FinanceTime.  Bank BTB Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində növbəti sosial layihəsini həyata keçirib. Belə ki, bank 02 noyabr 2019-cu il tarixində “Müstəqil Həyat Tərzi” əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri olan əlil uşaqlar üçün “Mən dünyanı boyayıram!”adlı sosial layihə təşkil edib.

“Beynəlxalq Rəssamlar Günü”nə həsr olunmuş layihənin məqsədi uşaqları rəsm çəkmək bacarığına yiyələndirmək, incəsənətə maraq göstərməklə öz potensiallarını kəşf etməyə sövq etməkdir. Qeyd edək ki, tədbir bank əməkdaşları ilə yanaşı təcrübəli sosial şəxslər tərəfindən aparıldı. Uşaqlar və onların valideynlərinə ilk öncə bank və bankın Korporativ Sosial Məsuliyyət siyasəti haqqında məlumat verildi. Daha sonra, onlar, Bank BTB-nin 10 illik yubileyi ərəfəsində olduğundan öz xəyal və bacarıqlarını bu mövzuda rəsm çəkməklə nümayiş etdirdilər. Maraqlı proqramla müşahidə olunan tədbirdə balaca qonaqlar vaxtlarını şən və səmərəli şəkildə keçirdilər. 

Tədbirin sonunda Bank BTB-nin İdarə Heyəti Sədrinin müavini Rüfət Abbasov tədbir iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edərək, bildirdi ki: “Korporativ Sosial Məsuliyyət siyasəti Bank BTB üçün prioritet təşkil edən istiqamətlərdən biridir. Bank bu cür layihələri hər zaman dəstəkləyir və bundan sonra da müxtəlif sosial layihələr həyata keçirməyi planlaşdırır. Məqsədimiz cəmiyyətə faydalı olmaqdır.”

Tədbirdən yaddaqan görüntüləri diqqətinizə çatdırırıq. http://bit.ly/btb-sosial-layihe-

”Məlumat üçün, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 14 filialı, 3 şöbəsi var.

Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment