1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Qala Sığorta”nın Şəki nümayəndəliyinin - RƏSMİ AÇILIŞI
08.11.2019

Ölkənin ən aparıcı sığorta şirkətlərindən olan “Qala Sığorta” bölgələrdə yaşayan əhalinin sığorta məhsullarına əlçatanlığını təmin edilməsi istiqamətində apardığı işlərini uğurla davam etdirir. Şirkət əhalinin, o cümlədən müştərilərinin rahatlığını düşünərək regionda daha bir nümayəndəyini istifadəyə verib.

Şirkət daxili satış strategiyasının tələblərinə uyğun olaraq, bu gün Şəki şəhəri, M.F.Axundov küçəsi 9/6 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd ölkənin bütün regionlarında, ocümlədən Şəki şəhərində təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.

Tədbirdə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov çıxış edərək bildirib ki, dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də yeni iş yerlərinin açılmasıdır. Son illər ərzində ölkə başçısının apardığı uğurlu siyasəti nəticəsində ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Bu siyatətə dəstək olaraq bildirmək istəyirəm ki, 2018-ci ilin yanvar ayından başlayaq “Qala Sığorta” şirkəti ölkənin müxtəlif regionlarında 10-a yaxın nümayəndəlik və satış ofisi açıb. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən nümayəndəliklər vasitəsi ilə 50-dən çox işçi işlə təmin olunub. Biz Şəki nümayəndəliyi ilə kifayətlənmirik, düşünürəm ki, bu siyasətimizi növbəti illərdə də davam etdirəcəyik” - deyə T.Yunsurov qeyd edib.

Daha sonra çıxış edənlər bildiriblər ki, “Qala Sığorta” filial və nümayəndəlikləri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığorta məhsullarından yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Şəki və ona qonşu rayonların əhalisi yeni nümayəndəliyə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sərfəli şərtlərlə sığortalaya bilərlər.

Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, növbəti ildə də müxətlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır.

Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment