|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (22.11.2012) |
23.11.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində noyabrın 22-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7839 AZN-ə bərabər olmuşdur.
Birjanın Elektron Hərraclar Sistemində (Bourse E-system of trades-BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,7839 AZN olmuşdur. USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7839 AZN olmuşdur.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi dəyişməz qalmışdır.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamışdır.
Qeyd etmək lazımdır ki, USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqd bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə banklar BEHS-ə sifariş verməmişlər.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə sifarişlər verilmiş, lakin bu alətlər üzrə əqd bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,29 faiz, ABŞ dolları üzrə isə 12,75 faiz təşkil etmişdir.
Bu gün birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
|
|
|
|