1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib
06.11.2019

Bakı, FinanceTime. Bu  günlərdə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb. Cənab Eldar Qəribov Bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə,  onu bir az da  artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib. 

Həmin əqd  Bankın törəməsi olan “Unicapital” İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət olmaqla,  Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni  təşkil edib.    

“Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov AYİB-in “Unibank”ın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olduğunu vurğulayıb. O, AYİB-in uzun illər “Unibank”ın səhmdarı olduğunu və beynəlxalq maliyyə qurumu kimi Banka öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirdiyini xüsusilə qeyd edib. Belə ki, ölkə iqtisadiyyatında dəyişikliklərin olduğu 2015-2017-ci illərdə “Unibank”ın  iri səhmdarı olaraq, Bankın kapitalının artırılmasında yaxından iştirak edib və dəstəyini göstərib. AYİB-in də yaxından dəstəyi nəticəsində Unibank bu dəyişiklik mərhələsindən uğurla keçərək, yenidən ölkə bank sektorunun aparıcılarından birinə çevrilib. Müşahidə Şurasının sədri buna görə bütün səhmdarlar adından “Unibank”ın inkişafına verdiyi töhfəyə görə, AYİB rəhbərliyinə təşəkkürünü ifadə edib. AYİB-in bundan sonra da Bankın səhmdarları sırasında qamasından məmnun olduğunu bildirib.   

AYİB-in Bakı Ofisinin rəhbəri xanım İvana Duartenin fikrincə isə “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycan bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. “Unibank”ın AYİB-in ilk investisya etdiyi, səhmdarı olduğu Azərbaycan banklarından olduğunu xatırladan xanım Duarte  vurğulayıb ki, AYİB Azərbaycandakı uzunmüddətli tərəfdaşı olan “Unibank”a onun kapitalının gücləndirilməsində iştirak etməklə dəstək göstərib və birlikdə uzun və səmərəli bir yol keçilib. Xanım İvana Duarte bu müddət ərzində “Unibank”ın digər səhmdarları ilə birgə Azərbaycan iqtisadiyyatına dəstək verməkdən, xüsusən də qeyri-neft sektorunun inkişafında yaxından iştirakdan çox məmnun olduqlarını bildirib, bundan sonra da “Unibank”la birgə bu faydalı əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank- hər kəsin bankı! 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment