1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) 2019-cu ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb
05.11.2019

Bakı, FinanceTime. 2019-cu ilin 3 rübün nəticələrinə görə bank VTB (Azərbaycan)-ın xalis mənfəəti 6,3 mln manata çatıb.  

Cari ilin yanvar-sentyabr aylarında xalis faiz gəliri 5% artaraq 2,6 mln manat, qeyri-faiz gəliri isə 3,3 mln manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün olan xüsusi ehtiyatı 3,3 mln manatadək azaltmağa nail olub. 

İlin əvvəlindən VTB (Azərbaycan) məcmu kapitalını 59,7 mln manata (+12%) çatdırıb, məcmu kapitalın və 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 70,7% və 62% təşkil edib. 

3-cü rübdə bank həm pərakəndə, həm korporativ biznes üzrə göstəriciləri artırmağa davam edib. Fiziki şəxslərin kredit portfeli 83,2 mln manat təşkil edib. 9 ay ərzində fiziki şəxslərə nağd kredit və kredit kartlarının verilməsi 2 dəfə artaraq müvafiq olaraq 1,6 mln manat və 0,8 mln manat təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında orta biznesin kredit portfeli 1,5 dəfə artaraq 44,9 mln manata çatıb. Bu seqmentdə sənədli əməliyyatların həcmi 2 dəfədən çox artıb və 2,9 mln manat təşkil edib. Hüquqi şəxslərin kreditləşməsi üzrə göstəricilərin artımına orta və kiçik biznes üçün yenilənmiş məhsul çeşidi təsir edib. 

VTB (Azərbaycan) AR prezidenti İlham Əliyevin ölkədə nağdsız ödənişlərin həcminin genişləndirilməsi üzrə siyasətinə və 2018-20-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramına əməl edir. Bunun üçün bank  bu istiqamətlərin inkişafı üzrə fəal iş görməkdədir. Belə ki, kart biznesinin inkişafı çərçivəsində kart istifadəçilərinin bank xidmətlərinə çıxış imkanlarını genişləndirmək istiqamətində tədbirlər görülüb, Cashİn funksiyalı (resayklinq) bankomatları istismara verilib. Cari ilin 3 rübünün nəticələrinə görə, 2018-ci ilin analoji dövrü ilə müqayisədə kart hesabları 35%, bankın kartları vasitəsilə aparılan nağdsız ödənişlər isə 3 dəfə artıb. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment