1 USD 1.7000   1 EUR 1.8808   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1538   1 BRL 0.4052   1 BYN 0.8312   1 CAD 1.2796   1 CHF 1.7109   100 CLP 0.2138   1 CNY 0.2418   1 CZK 0.0737   1 DKK 0.2517   1 EGP 0.1056   1 GBP 2.1958   1 GEL 0.5712   1 HKD 0.2173   100 IDR 0.0121   1 ILS 0.4906   1 INR 0.0237   100 IRR 0.0040   100 JPY 1.5649   1 KGS 0.0234   100 KRW 0.1444   1 KWD 5.5997   1 KZT 0.0044   100 LBP 0.1122   1 MDL 0.0976   1 MXN 0.0877   1 MYR 0.4078   1 NOK 0.1859   1 NZD 1.0889   1 PLN 0.4375   1 RUB 0.0267   1 SAR 0.4533   1 SDR 2.3405   1 SEK 0.1767   1 SGD 1.2477   1 TJS 0.1755   1 TMT 0.4857   1 TRY 0.2983   1 TWD 0.0557   1 UAH 0.0704   100 UZS 0.0179   1 XAG 29.0683   1 XAU 2490.7805   1 XPD 2994.2949   1 XPT 1545.0365   1 ZAR 0.1158   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir
01.11.2019

Bakı, FinanceTime.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında 1-2 noyabr 2019-cu il tarixlərində məcburi köçkün uşaqlar  və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.

Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

 Məcburi köçkün uşaqları müayinə etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna  ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Bu baxımdan Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri tərəfindən həmin ərazilərdə yaşayan uşaqların və böyüklərin müayinələri edilmişdir. Ümumilikdə bu xeyriyyə aksiyalarda 600 nəfərə yaxın insan diaqnostik tibbi müayinədən keçmişdir. 

Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı t.e.d. Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri regionlarda yaşayan əhalinin bütün zəruri tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini  həyata keçirir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq H.Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlıqlarına qovuşublar.

Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə  indiyədək  Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdədə və digər rayonlarda məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də həyata keçirilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və  müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.












 


     



23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi
 
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti
10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment