1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” acağəkmə aksiyası keçirib
31.10.2019

Bakı, FinanceTime.  PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib.

Sosial məsuliyyət öhdəliklərini bütünlüklə qəbul edən və davamlı şəkildə bu istiqamətdə işlər aparan PAŞA Sığorta şirkəti ənənəvi ağacəkmə aksiyası keçirib. Şəhərin Şıxov qəsəbəsində yerləşən “Dostluq” parkı ərazisində baş tutmuş ekoloji tədbirdə “Yaşıl Bakı” sığorta məhsulunu əldə etmiş müştərilər və PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşının iştirakı ilə  200-dən çox ağac əkilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin nümayəndəsi Adil Bəkirov “Yaşıl Bakı” məhsulunun paytaxtın yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsulu olduğunu vurğulayıb və şirkət tərəfindən ekoloji rifahın yüksəldilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib.

Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. “Çinar”, “Cökə” və “Zeytun” paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun seçim etməyə imkan verir. Belə ki, “Çinar” paketinin sığorta haqqı 99 AZN, “Cökə” paketinin 149 AZN, “Zeytun” paketinin isə 199 AZN təşkil edir və paketlər üzrə müvafiq olaraq 60.000 AZN, 105.000 AZN və 150.000 AZN sığorta təminatı verilir.

Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən  paytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olur.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment