1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell növbəti əmək yarmarkasında iştirak edib
30.10.2019

Bakı, FinanceTime. Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daima fəal iştirak edən “Azercell Telekom” MMC  oktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən birgə reallaşdırılan bu tədbirdə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablayıb. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib. 

Məlumat üçün bildirək ki, cari ilin may ayında Azercell şirkəti  rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq "Azercell-Lab" - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə "İT-lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində təcrübə keçərək, peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tədbiq edən şirkət, labaratoriyaların gənc rezidentlərinə nəzəri biliklərindən yararlanaraq şirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və İT sahələrində  zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq və rəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər.  Həmçinin sentyabr ayında tələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə, Azercell Telekom 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlamışdır.  “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinə start verilib. 

Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment