1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qubada qadınların işgüzar inkişafı təlimləri başa çatıb
29.10.2019

Bakı, FinanceTime.  “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Qubada təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.

Heydər Əliyev mərkəzində keçirilən bağlanış mərasimində təlimlərdə iştirak edən 150-dən çox iştirakçıya sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimində iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli  Qubada təşkil edilən təlimin uğurla başa çatdığını vurğulayıb: 

“Quba təlimlərində formalaşmış ideyalar gördük. Təlimdə iştirak edən qadınların çox tezliklə ideyalarını biznes plan halına gətirəcəyinə və tətbiqinə başlayacağına inanıram. Quba qadın sahibkarların aktivliyi ilə fərqlənən rayonlardan birinə çevriləcək”.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər. 

Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan layihə barədə təəssüratlarını bölüşüb: 

“Təlimlər boyunca qadınlara sahibkarlıq ideyalarını inkişaf etdirmək və həyata keçirə bilmək üçün lazımi bilik və təcrübəni ötürdük. Onların ideyalarını turizm sahəsinə tətbiq edib, real iş həyatına başlamaları üçün istiqamətləndirdik. Bundan sonra da onlara mentor dəstəyi göstəriləcək. Təlimdə iştirak edən hər bir qadının uğurlu iş ortaya qoyacağına inanıram”. 

Layihə çərçivəsində bundan əvvəl Mingəçevir təlimləri baş tutub. Layihə Quba ilə yanaşı, Gəncə, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonlarını da əhatə edəcək. 

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda  qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.  

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment