1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank fərqli konsepsiyalı Ticarət filialını təqdim etdi
29.10.2019

Bakı, FinanceTime. Kapital Bank kiçik və orta sahibkarlarla işin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Bu yeniliklərə dəstək fonunda yeni konsepsiyalı Ticarət filialını istifadəyə verildi. Filial, sahibkarların sıx yerləşdiyi, bir-biri ilə biznes əlaqələrinin daha sıx və sürətli aparıldığı Sədərək Ticarət Mərkəzində yerləşir. 

Artıq sahibkarlar, təqdim edilən məhsullardan və xidmətlərdən yararlanmaq, bank ehtiyaclarını qarşılamaq üçün paytaxt mərkəzinə və digər ərazilərdə yerləşən bank filiallarına getməli olmayacaqlar. Ticarət filialında sahibkarlar keyfiyyətli xidmət müqabilində bütün ölkədaxili və ölkəxarici pul köçürmələri, cari hesabları üzrə mədaxil və məxaric əməliyyatları, əməkdaşlarına əmək haqlarının verilməsi, valyuta mübadiləsi, biznes və sahibkar kartlarının alınması, əmanətlərin qoyulması və digər ənənəvi bank məhsullarından yararalana biləcəklər. Bununla yanaşı maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər, kredit, kredit xəttləri və bu kimi digər məhsullar təqdim ediləcəkdir.

“Kiçik və orta sahibkarlar üçün başladığımız “İşinizin bir parçasıyıq” adlı layihənin əsas istiqamətlərindən və məqsədlərindən biri sahibkarların bank xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin əlçatanlığının artırılmasıdır. Bu məqsədlə bir neçə filialın konsepsiyası korporativ istiqamətdə dəyişdirilib, yeni konsepsiyaya uyğun filial və şöbələr müştərilərin ixtiyarına verilib. Bir neçə gün öncə açılan Lökbatan şöbəsi və Ticarət filialı sözügedən tədbirlərin davamı kimi qiymətləndirilir. Ticarət filialının müştərisi olan sahibkarlar, bank xidmətlərindən istifadə etdikləri zaman bütün suallar, yeni sifariş və təklifləri üzrə günün istənilən saatında fərdi müştəri menecerinə müraciət edə bilərlər”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ticarət filialı  Kapital Bankın kiçik və orta sahibkarlar eləcədə korporativ müştərilər üçün xüsusi xidmət bölməsi olan sayca 8-ci struktur bölməsidir. Bundan əlavə cari il ərzində Bakı və region üzrə 6 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 5 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün isə saytın “Biznes üçün” bölməsinə, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment