1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, damar cərrahı Dr. Səbuhi Dadaşovun müsahibəsi
29.10.2019

29 oktyabr bütün dünyada Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunur.

Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, damar cərrahı Dr. Səbuhi Dadaşov insult xəstəliyi ilə bağlı sualları cavablandırır.  

Dr.Səbuhi Dadaşov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir. O bir çox konfransların, konqreslərin iştirakçısı olub və elmi məruzələrlə çıxışlar edib. Rusiyanın Moskva şəhərində dərc olunan  “Angiologiya və ürək-damar cərrahiyyəsi”, “Həkim”, “Cərrahiyyə” elmi  jurnallarında çap olunmuş 8 məqalənin  müəllifidir.

Dr. Səbuhi Dadaşov Rusiya Federasiyasının Əqli Mülkiyyət üzrə Federal Xidmətində “Abdominal aortanın yukstarenal anevrizmasının müalicə üsulu” adlı 5 471 430 saylı patentin həmmüəllifir. O, Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. Dr. Səbuhi Dadaşovla müsahibəni Sizlərə təqdim edirik.

-Doktor, insult haqqında bir qədər məlumat verərdiniz.

-Beyin qan dövranının kəskin pozulması nəticəsində beyinin sinir hüceyrələrinin ölümü insult adlanır.

-İnsultun hansı növləri var?

-İnsultun 2 növü var: qan təchizatının çatışmazlığı olan işemik  insult və qansızma olan hemorragik insult. İşemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beyinin ocaqlı zədələnməsindən əmələ gələn, 24 saatdan çox çəkən və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.  Qansızma insultu - beyin arteriyasının qeyri-tramvatik partlaması və qanın kəllədaxili sahəyə axması nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır.

-İnsultun əlamətləri hansılardır?

-Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi və ya hissiyyatın zəifləməsi, görmənin pozulması, şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması, hərəkətlərin koordinasiyasının pozulması, baş gicəllənməsi, udma qabiliyyətinin pozulması, qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı və ya qıcolma tutmaları, yaddaşın qəflətən pozulması, şüurun pozulması insultun əlamətləri ola bilər.

-Daha çox hansı növ insulta rast gəlinir?

- 20-25% hallarda beyinə qansızma nəticəsində inkişaf etmiş insulta, 75-80% hallarda isə işemik insulta rast gəlinir.

-İşemik insultun əsas səbəbləri barədə nə deyə bilərsiz?

-Ateroskleroz xəstəliyi nəticəsində beyini qidalandıran damarların daralması və ya tutulması, ürəkdən tromboemboliya, təzyiqin düşməsi nəticəsində, təzyiqin qalxması nəticəsində beyindaxili kiçik damarların zədələnməsi nəticəsində işemik insult inkişaf edə bilər.

- İşemik insult ən çox hansı damarların zədələnməsi nəticəsində inkişaf edir?

-İşemik insult 38%  hallarda boyundan beyinə gedən yuxu və onurğa  arteriyalarının daralması və ya tutulması nəticəsində yaranır.

-İnsult olmamış bu damarların xəstəliyi müəyyən edilə bilərmi?

-Əlbəttə, Ultrasəs Rəngli Doppler müayinəsi ilə bu damarlarda olan darlıqlar aşkarlanır və lazımi müalicə taktikası seçilir.

-Müalicə insult olmuş xəstələrdə, yoxsa hələ insult olmamış xəstələrdə aparılır?

-Əslində vaxtı-vaxtında müayinə olunub, bu arteriyalarda olan ciddi darlıqlara müdaxilə olunarsa, pasiyent insult olmaz, amma əgər insult artıq olubsa belə, o darlıqlar aradan qaldırılmalıdır ki, təkrar insult olmasın.

-Müalicə olaraq hansı üsullardan istifadə olunur?

-Yuxu arteriyalarının darlıqları zamanı ya açıq əməliyyat üsulu ilə aterosklerotik darlıqlar təmizlənir və damarın mənfəzi açılır, ya da angioqrafiya üsulu ilə kiçik dəlikdən girilərək darlıq olan hissə balon ilə genişləndirilir və  həmin hissəyə stent yerləşdirilir.

-Bu damarları nə vaxt müayinə etmək lazımdır?

-Əgər başağrısı, baş gicəllənmə, ətraflarda birtərəfli əzələ zəifliyi və ya hissiyyat zəifliyi varsa, ələlxüsus keçmişdə insult diaqnozu qoyulubsa, onda mütləq boyun damarlarıının Ultrasəs Rəngli Doppler müayinəsi olunub yoxlanılmalıdır.

-Bu xəstəliyin yaşla əlaqəsi varmı?

-Əksər tədqiqatlar göstərir ki, yaş artdıqca işemik insult olma ehtimalı artır və 40 yaşa kimi az rast gəlinir, amma bu o demək deyil ki, 20 yaşında nevroloji əlamətləri olan insan insult olmur, əlamət varsa, mütləq yoxlanmaq lazımdır, əgər əlamətlər yoxdursa, amma yaşınız 50-dən çoxdursa və ürək-damar xəstəliyiniz varsa, yenə də profilaktik müayinədən keçmək lazımdır.

-Sağ olun, Səbuhi müəllim. Maraqlı müsahibəyə təşəkkür edirik.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment