1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirildi
28.10.2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “Kaspersky” şirkəti ilə birgə keçirilən tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov açılış nitqi ilə çıxış edib. O, bildirib ki, internetdən təhlükəsiz istifadə ilə bağlı təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçirilməkdədir. Belə ki, il ərzində müxtəlif təhsil müəssisələrində uşaqların, müəllim və valideynlərin sahə üzrə maarifləndirilməsi məqsədilə təlimlər və tədbirlər təşkil olunur. 

Daha sonra “Kaspersky” şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycanda istifadəçilərin qarşılaşdığı kiber təhlükələr barədə geniş məlumat verilib, son statistik göstəricilər diqqətə çatdırılıb.

Bildirilib ki, “Kaspersky” şirkətinin Azərbaycanda 2019-cu ilin yanvar-sentyabr aylarında apardığı anonim statistikaya əsasən, bu müddət ərzində ölkədə fərdi kompüter istifadəçilərinin 42 faizi ən azı bir dəfə müxtəlif kiber təhdidlərlə qarşılaşıb. İstifadəçilərin yarısı isə (52 faiz) müxtəlif məlumat daşıyıcıları vasitəsilə (yaddaş kartları, hard disklər) yayılan zərərli proqram təminatları ilə bağlı təhdidlərə məruz qalıb. Bundan əlavə, Azərbaycanda mobil cihaz istifadəçilərinin təxminən 3 faizi zərərli proqram təminatı ilə üzləşib.

Yanvar-sentyabr ayları ərzində Azərbaycanda şirkət işçilərinin 13 faizi zərərli proqramlarla hücum cəhdləri ilə qarşılaşıblar. Lokal təhdidlər üzrə bu göstərici daha çox, yəni 35 faiz təşkil edib. 

Ötən müddət ərzində ən çox şifrələmə və hədələmə proqramları aktivləşib. Belə ki, “Kaspersky” keçən ilin ortasında (ikinci rüb ərzində) 7,5 minə yaxın belə zərərli proqram aşkar edib, 2019-cu ilin ikinci rübündə isə bu göstərici 16 mini keçib. Son üç rüb ərzində Azərbaycanda hər 70 istifadəçidən biri şifrləmə proqramları ilə qarşılaşıb.

2019-cu ilin 9 ayı ərzində “Kaspersky” həlləri internetin Azərbaycan sektorunda olan istifadəçilərinin fişinq səhifələrinə köçürülməsi ilə bağlı 388 min cəhdin qarşısını alıb. 

“Cinayətkarlar daim yeni hücum metodları icad edir, hücum alətləri inkişaf etdirir, qurbanların yeni kateqoriyalarını axtarırlar. Belə şəraitdə kibertəhlükəsizlik bir dəfə quraşdırılmış və konfiqurasiya edilmiş proqram təminatı deyil, bu təhlükəsizlik həllərinin istifadəsi, müxtəlif ekspert xidmətləri və təlimlərin qoşulması, geniş məlumat axınının analizi və sistemin bütün elementlərinin idarə olunmasını əhatə edən davamlı bir prosesdir. Başqa sözlə, bu gün kibertəhlükəsizliyə çoxsəviyyəli bir yanaşma vacibdir” - bunu “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

Eyni zamanda, tədbirdə kiber təhlükələrdən qorunmaq üçün istifadəçilərin riayət etməsi tövsiyə olunan əsas qaydalar barədə danışılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment