1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub
28.10.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Fransada və Mərakeşdə səfərdə olub.

Dövlət Agentliyinin nümayəndəsi Paris şəhərində təşkil olunan Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Fransa Respublikasına səfər edib.

Səfərin məqsədi “ASAN xidmət” təcrübəsinin Fransada yerli səviyyədə tətbiqi vasitəsilə ikitərəfli regionlararası əməkdaşlığa töhfə vermək imkanlarının müzakirəsi olub. Səfər zamanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2017-ci il tarixində Fransaya səfəri zamanı Dövlət Agentliyi ilə  Fransa Respublikasının Baş Naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında imzalanmış Anlaşma Memorandumunun müddəalarının icra vəziyyəti barədə danışıqlar aparılıb. 

Dövlət Agentliyinin nümayəndəsi, həmçinin Mərakeş Krallığında da işgüzar səfərdə olub.

Səfər 21 iyun 2018-ci il tarixində Dövlət Agentliyi ilə Mərakeş Krallığının İnzibati İslahatlar və Dövlət Qulluğu Nazirliyi arasında inzibati islahatlar və dövlət xidmətləri sahələrində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin müzakirəsi məqsədilə reallaşdırılıb.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Ərəb Dövlətləri Liqasının Ərəb İnzibati Administrativ  İnkişaf Təşkilatinin 19-cu konfransında iştirak edib.

Tədbirdə təşkilatın Baş Katibi tərəfindən bu silsilədən olan növbəti tədbirdə “ASAN xidmət”ə dair təqdimatın edilməsi, eyni zamanda Ərəb Dövlətləri Liqasının üzv ölkələrində “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi təklif edilib. Bundan əlavə Dövlət Agentliyi ilə Ərəb İnzibati Administrativ İnkişaf Təşkilatı arasında əməkdaşlığın qurulması barədə fikir mübadiləsi aparılıb.

Hər iki ölkəyə səfər zamanı Dövlət Agentliyinin nümayəndəsi tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in fəaliyyəti, uğurları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, yüksək nailiyyətlərinə görə “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment