1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda "MƏĞLUBİYYƏTSİZ DANIŞIQLAR" mövzusunda master-klass keçiriləcək
25.10.2019

Bakı, FinanceTime. 29 oktyabr Bakıda "MƏĞLUBİYYƏTSİZ DANIŞIQLAR: uğurlu danışıqların və effektiv satışların məxfi texnologiyaları" mövzusunda master-klass keçiriləcək. Master-klassın müəllifi və spikeri beynəlxalq ekspert Aleksandr Kondratoviç danışıqlar sahəsində 25 ildən çox təcrübəyə malikdir.



"Bu həyatda layiq olduğunuzu deyil, razılaşdıra bildiyinizi əldə edirsiniz", spiker Aleksandr Kondratoviç deyir. Biz danışıqlarda daima iştirak edirik – satış etdikdə, alış etdikdə, müqavilə bağladıqda, işə qəbul edildikdə, tərəfdaşlar, həmkarlar, dostlar, tanışlar ilə və hətta ailədə ünsiyyətdə olduqda.

Master-klass satış, satınalma, biznesin inkişafı, ictimaiyyətlə əlaqələr, müştərilər və personal ilə iş üzrə menecerlər və mütəxəssislər, sahibkarlar, rəhbərlər, eləcə də tez, səmərəli və maksimal nəticə ilə danışıqlar aparmağı öyrənmək istəyənlər üçün nəzərdə tutulur.


Master-klassda öyrənəcəyiniz 10 mühum məqam:

Satış prosesində danışıqları necə səmərəli etmək

Danışıqlarda təkliflərinizi necə inandırıcı səkildə əsaslandırmaq

Gərgin danışıqlardan necə qalib çıxmaq

Hər hansı, hətta ən "çətin" insanlarla necə razılaşmaya nail olmaq

Həmsöhbətin danışıq mövqeyində zəif nöqtəni qısa zamanda necə müəyyən etmək

Maraqlar toqquşmasına baxmayaraq həmsöhbətin necə etimadını qazanmaq

Danışıqlar zamanı təzyiq və hiyləyə necə effektiv müqavimət göstərmək

Mürəkkəb danışıqlara necə peşəkar şəkildə hazırlaşmaq

Necə istədiyinizə nail olmaq və eyni zamanda xoş münasibətlər saxlamaq

Sövdələşmələri özünüzə sərfəli şərtlərlə necə yekunlaşdırmaq


"MƏĞLUBİYYƏTSİZ DANIŞIQLAR: uğurlu danışıqların və effektiv satışların məxfi texnologiyaları" mövzusunda master-klass biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar tanışlıqların birləşməsi olacaq. Master-klass 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Master-klass Rus dilində və Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.

Əlavə məlumat və qeydiyyat üçün: www.master-class.az/negotiations/az , 055 946 02 70


Spiker haqqında:

Aleksandr Kondratoviç - beynəlxalq təlimçi, 25 illik təcrübəyə malik danışıqlar üzrə ekspert, sahibkar, xarici investorların və şirkətlərin məsləhətçisidir. Rusiya, Belarus, Ukrayna və Qazaxstanın ən iri şirkətləri ilə əməkdaşlıq edir və müntəzəm şəkildə onların top-menecerlərini danışıqlara hazırlaşdırır. Effektiv danışıqların aparılmasına dair 16 kursun və 37 seminarın müəllifidir, o cümlədən "Sistemli danışıqlar" nəzəriyyəsinin yaradıçısıdır, "STEP"® adlı effektiv danışıqlar üsulları sisteminin müəllifidir, "Danışıqlar dünyası" onlayn məktəbinin qurucusudur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment