1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi STP “Power Almatı” sərgisində iştirak edir
25.10.2019

Bakı, FinanceTime.  Azərbaycanın ən böyük kabel ixracatçısı olan Sumqayıt Texnologiyalar Parkı  “Made in Azerbaijan” markasını xarici bazarlarda uğurla tanıtmağa davam edir.  Qazaxıstanın Almatı şəhərində 23-25 oktyabr, 2019-cu il tarixlərində təşkil olunan Enerji, elektrik avadanlıqları və maşınqayırma sahələrini əhatə edən 18-ci “Power Almaty” sərgisində iştirak edən Texnopark “STP Kabel” adı altında istehsal etdiyi alçaq, orta, yüksək və ifrat yüksək gərginlikli kabel məhsullarını nümayişə çıxarıb. 

“Power Almaty”  sərgisində iştirak etməklə STP öz məhsul və imkanlarını Qazaxıstanla yanaşı Rusiya,  Qırğızıstan,  Özbəkistan  kimi qonşu dövlətlərinə də tanıtmaq, satış  coğrafiyasını  genişləndirmək məqsədi güdür.  

Qazaxıstan “STP Kabel” məhsullarının  etibar qazandığı və ən çox ixrac olunan  ölkədir.  Müəssisə son illər Almaniya, Rusiya, Türkiyə və Çin kimi ölkələri qabaqlayaraq  Ogtoqay Dağ Mədəni və  Tengiz Neft Yatağı kimi iri  layihələrin tenderində qalib gəlib və  böyük həcmli kabel satışı həyata keçirib.  

Texnoparkın  stend və komandası ziyarətçilərin və təşkilatçıların xüsusi  marağına səbəb olub və  təşkilatçılar tərəfindən  “Best stand Team”  mükafatına layiq görülüb.  

“Power Expo Almaty” sərgisi 2001-ci ildən başlayaraq hər il keçirilir.  Ən müasir avadanlıqlar,  məhsullar və xidmətlər sərgilənən tədbir biznes görüşlərinin keçirilməsi, təcrübə mübadiləsi, yeni əlaqələr qurulması və işgüzar əlaqələrinin  qurulması üçün çox faydalı platformadır.  Qazaxıstan Respublikası Enerji Nazirliyi, Almatı Şəhər İcra Hakimiyyəti və Qazaxıstan Elektrik Birliyi kimi qurumlar tərəfindən dəstək göstərilən sərgi Azərbaycan da daxil olmaqla Avstriya, Belarus, Almaniya, İran, İtaliya,  Çin, Polşa, Rusiya,  Türkiyə, Ukrayna və Çex respublikaları olmaqla 13-ə yaxın ölkəni cəlb edə bilib.  Bu ölkələrdən ümumilikdə 120-yə yaxın  şirkət öz məhsul və xidmətlərini  nümayişə çıxarıb. Tədbir ərzində Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən mütəxəssislər, müəssisələrin rəhbərləri də daxil olmaqla 2 mindən çox ziyarətçinin gəlməsi  gözlənilir.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.



 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment