1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri öz həmkarları ilə birgə BMT Gününü qeyd etdilər
25.10.2019

Bakı, FinanceTime. Oktyabrın 24-də BMqT-nin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Vyanadakı regional ofisinin direktoru Szabados Argentina, təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev BMT Günü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən ADA universitetində təşkil edilən tədbirdə iştirak etdilər. 

BMT-nin Baş Assambleyasının prezidenti Ticcani Muhammad-Mande, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Hafiz Paşayev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai tədbirin açılış hissəsində çıxış etdilər. 

Hökumət, diplomatik missiyalar, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrini təmsil edən 250-ə yaxın iştirakçının qatıldığı bu tədbirdə BMT ilə əməkdaşlıqdan bəhrələnmiş şəxslərin dəyişən həyatlarına həsr olunmuş təqdimatlar edildi. 

Tədbirdə çıxış edən natiqlərdən biri Xaçmazda dərzilik fəaliyyəti ilə məşğul olan Aynur Ağabalayeva idi. O, təqdimatında dərzi işini qurmaq üçün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Həssas İcmaların Dayanıqlığının Gücləndirilməsi" layihəsi çərçivəsində ona necə köməklik edildiyini və bu dəstəyin onun həyatını tamamilə dəyişdirdiyini qeyd etdi. "Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi" layihəsinin əsas istiqamətlərindən biri həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır. 

24 oktyabr 1948-ci ildən etibarən BMT Günü kimi qeyd olunur. Bu gün BMT-nin nizamnaməsi qüvvəyə minib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment